Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozulub

 

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan və erməni cəbhəsinin demək olar ki, bütün istiqamətlərində, o cümlədən Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik, 82 millimetrlik minaatanlardan, həmçinin D-44 topundan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

İtkilər barədə məlumat verilmir. Öz növbısində, Ermənistan mediası rəsmi mənbələrə istinadən Azərbaycan Ordusunun erməni tərəfinin mövqelərini toplar, minomyotlar da daxil olmaqla atəşə tutduğunu bildirir.

Amerikaninsesi.org

10:20