ÇALIŞ DOĞRU YOLU SEÇ!

 

İslam dini-anlayana böyük dövlət, xəzinə,
Mən düşmüşəm gözəl dinin iman dolu izinə,
Hər yerindən duranın da inanma gəl sözünə,
Özü yanlış anlayarsa doğru anladarmı heç?
İslamı doğru əxz edib çalış, doğru yolu seç!

"Quran" mənə bir vəsilə, yolumda nurlu çıraq,
Xurafatdan, cahillikdən mən durmuşam çox uzaq,
Allaha sonsuz sevgidən qəlbim çağlar bir bulaq,
Peyğəmbərin, əhli- beytin yolu səhv olarmı heç?
İslamı doğru əxz edib çalış, doğru yolu seç!

Dinin yolunda can verdi neçə iman sahibi,
Dini oyuncaq eylədi baxsan neçə cahili,
Hələ neçə iman əhli, hələ neçə abidi,
Sonda şeytana uyaraq imanın eylədi heç,
İslamı doğru əxz edib çalış, doğru yolu seç!

Mafilənin könül evi din- imana çox uyar,
"Quran"ı baş tacı bilib sonsuz şövqlə oxuyar,
İman dolu sözlərindən ilahi söz toxuyar,
Allahın bu gözəl dini yanlış anlanarmı heç?
İslamı doğru əxz edib çalış, doğru yolu seç!

                     
Mafilə Müntəzir.
Xudaferin.eu

10:45