03 July 2025

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev: COP29 sədrliyi qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcək

İspaniyanın Sevilya şəhərində İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfrans keçirilir.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov təmsil edir.

ECO-nun 17-ci Zirvə görüşü: Azərbaycanın güclənən beynəlxalq mövqeyi

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.