08 April 2025

Azərbaycanın ECO çərçivəsində əməkdaşlığı: Regional inkişaf yolunda mühüm addımlar

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində əməkdaşlığı ölkənin regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolunu əks etdirir. ECO-ya 1992-ci ildən üzv olan Azərbaycan təşkilat daxilində həyata keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir və üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.