8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan parlamenti də öz növbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.
2020-ci ilin 6 noyabrı. Xüsusi təyinatlıların Şuşanı azad etdikləri, amma hələ “təmizləmə” apardıqları haqda xəbəri deyən mötəbər dostlardan biri sonda arxayınlıq da verir, gözaydınlığı da. Dərhal qardaşım Hikməti (Sabiroğlu ) yığıram, müharibə başlayandan zatən hər gün telefonla danışırıq, indi səsində xəbər gözləyən adamın bir başqa narahatlığı hiss olunur. Dediyimə qulaq asır, amma inanmır: “Deyən çoxdur e, mən ancaq Prezidentdən eşidərəmsə, inanaram...”