15 October 2024

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Görkəmli dövlət xadimi, xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni uğurlu bir mərhələ başlandı.

Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub

Perunun tanınmış onlayn jurnallarından “Lima Gris”də Azərbaycanın tarixi, mədəniyyət və incəsənətinə həsr olunmuş "Azərbaycanın zəngin mədəni həyatı" adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın qədim ənənələri barəsində geniş məlumat verilir, ölkənin arxeoloji və tarixi abidələri, o cümlədən Azıx mağarasındakı qədim insan məskənləri, Qobustan qayaüstü rəsmləri, Atəşgah və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu kimi məkanların Azərbaycanın zəngin bir irsə sahib olduğunun nümunəsi kimi göstərilir.

Azərbaycan Kiyev vilayətində daha bir sıra bərpa layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir

Azərbaycan humanitar bərpa layihələrində Kiyev vilayətinə dəstəyini davam etdirəcək.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının (VHA) sədri Ruslan Kravçenko ilə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev arasında görüşdə yenidənqurma layihələrinin həyata keçirilməsi müzakirə olunub.