11 October 2024

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yüksək nüfuzunun göstəricisidir ŞƏRH

Azərbaycan Respublikası MDB çərçivəsində fəal siyasət həyata keçirir. Ölkəmiz təşkilatın iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə də üstünlük verir. Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi önəmini dəyərləndirir.