04 October 2024

Vətən müharibəsinin xronikası: 4 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Rusiyanın aidiyyəti nazirliklərinin və qurumlarının, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup Xəzər dənizinin dayazlaşması ilə əlaqədar tədqiqatlar aparacaq.

İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır

Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar.

Ali Yerlikaya: Naxçıvan Sazişinin imzalanmasından ötən 15 ildə əməkdaşlıq əlaqələrimizin inkişafına şahid olduq

“Türk Dövlətləri Təşkilatının (TDT) təməlinin atıldığı Naxçıvan Sazişinin imzalanmasından ötən bu 15 ildə sadəcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq əlaqələrimizin də inkişafına şahid olduq. Enerji, nəqliyyat, texnologiya kimi bir çox sahədə ortaq layihələrin icrasına imza atdıq. Türkdilli dövlətlərin ortaq 2040 baxışı əsasında qurulan çoxtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq duyuruq”.