02 October 2024

Prezident: Azərbaycan iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.

Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik - BƏYANAT

“Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik”.