Firuz Mustafa yazır:
ƏVVƏLLƏR...
* Əvvəllər adamları necə danışmağından tanıyırdım, son vaxtlar onları nə cür susmağından tanıyıram.
* Əvvəllər gündə bir sifətə düşənlərə “çoxsifət” deyirdilər. Amma indi sifətlərinin sayı günü-gündən artan adama nədənsə “sifətsiz” deyirlər. Düzü, heç bilmirəm hansı təşbeh daha dəqiqdir?
* Əvvəllər onun sürtülmüş qəpiyə bənzəyən parıltılı sifəti, indi əldən-ələ keçib əzilmiş manata oxshayır.
* Əvvəllər mən insanları həyatda öz etik “ölçülərimə” uyğun görmək istəyirdim. Amma sonralar özüm o ölçülərə uyğun olmağa çalışdım.