01 November 2023

70-ə nə qaldı ki?..

Məncə elmlər doktoru, professor, hətta akademik də olmaq mümkündür. Vaxtında yaxşı təhsil alıb yorulmadan elmlə məşğul olsan, bu adları qazana bilərsən. Amma “kişi adam” adını qazanmaq hər adamın hünəri deyil, oxumaqla, vəzifədən-vəzifəyə yüksəlməklə nail olmaq olmur. Gərək yaranışdan təyinatın buna olsun...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bir sıra avropalı parlamentarinin Ermənistana səfərini pisləyib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.

Prezident İlham Əliyev: 30 illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür

Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Qərbi Azərbaycan İcmasının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubu qurumun ali orqanlarının rəsmi sənədləri kimi yayılıb

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi.

Prezident İlham Əliyevin “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.