Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərdə də eyni baxışlara malikdir, hər iki ölkənin regionların sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir.
Ermənistan-Rusiya münasibətləri getdikcə kəskinləşməkdədir. Ermənilərin xəyanətkar, satqın xisləti üzə çıxır və havadarlarını qəzəbləndirməklə bərabər düşünməyə, nəticələr çıxarmağa vadar edir. Rusiyanın dəstəyi ilə bir millət kimi formalaşan, dövlət kimi yaradılan və tanınan Ermənistan bu gün öz ağasına arxa çevirir, onu satır. Bu, təbiidir. Ona çörək verəni satmaq, torpağına göz dikmək, arxadan vurmaq ermənilərin qanındadır və bunu Rusiya bilməli idi.
Tarixən belədir ki, xalqın özü yox, başqaları tərəfindən yaradılıb ortaya atılan dövlətlər heç zaman müstəqil yaşaya bilmir, kimlərinsə əlində alətə çevrilir, təcavüzkar xislətə malik olurlar. Təbii ki, belə qurama dövlətlərin fəaliyyətindən ən çox ziyan çəkənlər də onun qonşuları olur. Mövcud olduğu vaxtdan Ermənistanın davranışlarına baxdıqda bunu aydın görmək olur. Tarixi Azərbaycan torpaqlarında quraşdırılan bu dövlət Cənubi Qafqazda hər zaman təhlükə mənbəyi olub, qonşularına problemlər yaşadıb, soyqırımları törədib.
Biz bu gün regionda Ermənistanın yenidən vəziyyəti gərginləşdirmək cəhdlərinin şahidi oluruq. Bu dəfə Ermənistan Ağdam-Xənkəndi yolunu bəhanə gətirərək qarşıdurma yaratmağa cəhd edir. Düşünürəm ki, bu, Ermənistan rəhbərliyinin öz xalqına qarşı, eləcə də regionda sabitliyin pozulmasına yönəlmiş növbəti ağılasığmaz addımıdır.