12 September 2023

Ermənistan Azərbaycanla İran arasındakı dostluq münasibətlərinə xələl gətirməyə çalışır ŞƏRH

Ermənistanın siyasi-hərbi rəhbərliyi artan təxribatları fonunda həm də Bakı-Tehran münasibətlərində gərginliyin yaranmasında və inkişafında maraqlı olduğunu gizlətmir. Bu istiqamətdə konkret addımlar atır. Çalışır ki, Azərbaycan və İran arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinə ciddi xələl gəlsin, çatlar yaransın, ancaq onların bu istəkləri ürəklərində qalacaq.

Ceyhun Bayramov UNOG-un baş direktorunu Ermənistanın təxribatları barədə məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 12-də BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Vladimir Putin: Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır

Azərbaycan rəhbərliyi Qarabağda etnik təmizləmə aparmaqda maraqlı deyil. Üstəlik, Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesinin “yumşaq” keçməsində maraqlıdır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.