06 September 2023

Ziyafət Əsgərov: Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil

Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, təki bu məsələ uzansın, müqavilə imzalanmasın.

Qanunsuz erməni silahlıları Ordumuzun Laçın rayonu istiqamətində yeni səngər yolları qazmağa cəhd göstəriblər

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.