03 September 2023

Ermənistan-Azərbaycan arasında sülh danışıqlarındakı əngəllərdən biri İrəvanın açıq şəkildə sülh müqaviləsi bağlamaq istəməməsidir

“The Daily Tribune” nəşrində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslər və bölgədəki mövcud vəziyyətə dair məqaləsi yayımlanıb.

“BBC erməni separatizminin təbliğinə son qoymalıdır” - Mətbuat Şurasının bəyanatı

Son vaxtlar BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur.

Qərbi Azərbaycan İcması: Paşinyanın mövqeyi bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir

Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiası ifadə etməsini şiddətlə qınayırıq. Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir.