22 May 2023

Prezident İlham Əliyev: Bu gün biz geniş fikir mübadiləsi əsnasında Litva ilə strateji tərəfdaşlığımızı bir daha təsdiqlədik

Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.

Deputat: Bəzi beynəlxalq dairələr Türkiyənin güclənməsini həzm edə bilmir

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri demokratiyanın təntənəsi, türk xalqının milli iradəsinin göstəricisidir. Bu seçkilər qardaş ölkədə demokratik dəyərlərin daim öndə olduğunu təsdiqlədi. Yüz yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş prezident və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi.

Azərbaycan-Litva münasibətləri: Dərinləşən dialoq və açılan yeni əməkdaşlıq istiqamətləri

Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır.

Hüquq müdafiəçisi: Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur

Hər dəfə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşləri ərəfəsində separatçı rejimin sərhədboyu ərazilərdə təxribatlar törətməsi təkcə bizə yox, artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bir həftə əvvəl Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri ilə keçirilən görüş ərəfəsində də bunun şahidi olduq. Bu, faşistlərdən fərqlənməyən növbəti erməni xisləti idi və onların mayasının sanki işğalçılıqdan yoğrulduğuna işarədir.

Monteneqro parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.