15 May 2023

Prezident: Azərbaycanın ərəb ölkələri ilə münasibətləri uğurla və hərtərəfli inkişaf edir

Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verib, həmin siyasət bu gün də davam etdirilir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.

Xorvatiya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

XİN: Brüssel görüşünü normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edirik

Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında mayın 14-də Brüsseldə keçirilmiş növbəti görüşü şərh edib.

Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Ermənistan qlobal arenada marionet ölkə imicində çox miskin görünür

44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi ədaləti bərpa etməklə qüdrətini, eləcə də gücünü dünyaya nümayiş etdirdi. Bütün cəbhə istiqamətində açıq üstünlüyə malik ordumuz insanpərvərliyə, humanizm prinsiplərinə sadiq qalaraq üçtərəfli Bəyanata imza atmaqla sülhü seçdi. Ermənistan isə götürdüyü beynəlxalq öhdəlikləri növbəti dəfə yerinə yetirməyərək sülh sazişini imzalamaqdan məqsədli şəkildə yayınır. Reallıq onu göstərir ki, Ermənistan müstəqil qərar qəbul etmək gücündə və imkanında deyil. Bunun cavabı sadədir.