09 May 2023

Moldovanın xəbər portalında Heydər Əliyevin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Moldovanın “Rupor” xəbər portalında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu məqalədə Heydər Əliyevin Azərbaycan və Moldova münasibətlərinin inkişafında misilsiz xidmətindən bəhs edilib.

XİN İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb

Bu gün dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparan hər kəsin, o cümlədən müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirən qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Faşizm üzərində qələbədən 78 il ötür

Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.

Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib.