04 May 2023

Azərbaycanın müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovla görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Elçin Bayramov: Xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılığı Ulu Öndərin tarixi xidmətləri sırasına daxildir

Azərbaycan xalqı və dövləti əldə etdiyi uğurlara Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində nail olub. Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov söyləyib.

Prezident İlham Əliyev: Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır

Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır.

​Xudaferin.eu AZƏRTAC-a  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında bildirib.

Azərbaycan Prezidenti: Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq

Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır.