27 March 2023

AŞPA-nın yaz sessiyasına müzakirə olunacaq mövzular açıqlanıb

Strasburqda aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasında təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üzrə siyasi strategiyalar müzakirə olunacaq.

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıb

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə bildirilir:

Deputat: Qarabağdakı separatçı ünsürlər təxribata sövq olunurlar

Artıq birinci dəfə deyil ki, sülh anlaşması üçün uyğun şərait yarananda, bu haqda ümidverici açıqlamalar səsləndiriləndə Azərbaycanla sərhəddə və Qarabağda vəziyyətin gərginləşdirilməsinə çalışıldığını görürük. Aydındır ki, özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar. Həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

Xudaferin.eu
 

Laçın-Xankəndi yolu: Ekofəalların təşkil etdiyi dinc aksiya 106 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 106 gündür davam edir.