24 March 2023

Sergey Qusarov: Heydər Əliyev Ukraynanın əsl dostu idi

Heydər Əliyev millətləri birləşdirə bildi və onu haqlı olaraq Azərbaycan xalqının Ümummilli Lideri adlandırırlar. Şəxsən mənim üçün Heydər Əliyev həmişə maraqlı insan olub, ondan nümunə götürmək istəyirdim. Onun Azərbaycan SSR DTK-da fəaliyyətə başladığı vaxtdan müstəqil Azərbaycanın dövlətinin Prezidentinə qədər keçdiyi peşə yolunu araşdırarkən mən əsl dövlət xadimi, ədəb və ləyaqətli şəxsiyyət görürəm. Heydər Əliyev üçün hər zaman ölkənin maraqları hər şeydən üstün olub.

XİN: Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməlidir

Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir.

Ekoaksiya: Ötən gün aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 88 avtomobil keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, martın 23-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 88 təminat-təchizat, tibbi yardım maşını və minik avtomobili maneəsiz keçib.

65 yaşınız mübarək, vətən sevdalısı!

"Uzun illər qürbətdə yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Bacardığım qədər Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin tədbirlərində mütamadi iştirak etmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında yazıların ölkə mətbuatında çap olunmasında xidmətlərim olub."- söyləyir...