22 March 2023

Qarabağ işğal dövründə İranın narkotrafik plantasiyasına çevrilmişdi - politoloq

İranın siyasi sistemi qonşularına və müsəlman dünyasına qarşı yanlış addımlar atmaqda davam edir. Qibləsi Kəbə olsa da, beyəti işğalçı Ermənistan dövləti və barbar erməni siyasi sistemi olan İran, günahsız insanların ölümündə müştərək olub. 1992-ci ildən etibarən Azərbaycana qarşı xəyanət və riyakar siyasət kursunu seçən rəsmi İranın siyasi və dini hakimiyyəti müstəqil və güclü Azərbaycanın mövcudluğunu özünün feodal-mağara prizmasına əsaslanan ideologiyası üzündən həzm edə bilmir.