20 March 2023

XİN: Ermənistandan son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi tələb edirik

Ermənistan tərəfinin növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanla sərhədyanı bölgədə bu gün törədilmiş hərbi təxribatına dair məlumatında bildirilib.

Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xudaferin.eu

Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri, burada görülən işlərlə tanış olmağı və söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “24news.ge” və “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin səfəri və çıxışından materiallar yayıblar.