19 March 2023

XİN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır

Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir.

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Matye Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü sessiyasında iştirak üçün dəvət olunub.

XİN: Türkiyənin müstəqilliyi uğurunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq

Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanının Xarici İşlər Nazirliyinin (XİN) tviter hesabında Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşımında yazılıb.
"Qardaş Türkiyənin İstiqlal müharibəsi tarixində əsas rola malik, qəhrəmanlıq dastanı Çanaqqala zəfərindən 108 il ötür. Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçən qardaş bacılarımızı minnətdarlıq və hörmətlə anırıq", - paylaşımda qeyd olunur.