16 March 2023

Prezident İlham Əliyev: Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb

2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Ceyhun Bayramov: Azərbaycan dağıntılara məruz qalmış ərazilərin bərpasında Türkiyəyə dəstəyini davam etdirəcək

Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsi böyük mənəvi əhəmiyyət daşıyır. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş ölkənin yanında olan Azərbaycan, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcək.

Deputat: Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına impuls verən növbəti uğurlu səfərdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti və Kansleri ilə görüşləri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir.

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür.