15 March 2023

Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır

Xəbər verdiyimiz kimi, martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb.

MN: Ordumuzun mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir

Həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan hər ötən gün daha da inkişaf edir, daha da güclənir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Azərbaycan təkcə regionda yox, qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir

Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Son vaxtlar rəsmi Bakının beynəlxalq aləmdə nüfuzunu təsdiqləyən tədbirlər bunun daha bir təsdiqidir.