13 March 2023

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Xudaferin.eu

Azərbaycan Prezidenti ölkəmizdəki multikultural mühitə verdiyi yüksək qiymətə görə Roma Papasına təşəkkür edib

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Prezident: Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alır.

Prezident İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda deyilir: “Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.