10 March 2023

Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan ən nümunəvi modellərdən biridir

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında respublikamızın çoxkonfessianal və multietnik strukturuna verdiyi əhəmiyyəti dilə gətirməsi və ölkəmizdə milli azlıqların hüquqlarının qorunduğunu vurğulaması dövlətimizin başçısının timsalında Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi önəmi göstərir. Həqiqətən də Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan ən nümunəvi modellərdən biridir.

Ceyhun Bayramovun BMT Baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə 2023-cü il 22 fevral tarixli qərarı ilə bağlı BMT Baş katibinə 27 fevral tarixində ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb.

Azərbaycan bu gün dünyanı narahat edən problemlərin müzakirə olunduğu mərkəz kimi tanınır

Milli maraqlara əsaslanaraq tamamilə müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu tərəfdaşlıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini möhkəmləndirir, nüfuzunu durmadan artırır. Əminliklə deyə bilərik ki, regionda əhəmiyyətli gücə çevrilən Azərbaycan qlobal müstəvidə də sülh və təhlükəsizliyə mühüm töhfələr verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri ölkəmizlə ünsiyyətə, münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verirlər.

Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Moldovanın nüfuzlu KİV-ləri martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışındakı fikirlər işıqlandırılıb.