09 March 2023

Viktor Yuşşenko: Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib

Qlobal Bakı Forumunda mütəmadi olaraq iştirak edirəm. Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib. Bu Forumda dünyanı narahat edən ən aktual problemlər və məsələlər müzakirə olunur.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda jurnalistlərə müsahibəsində söyləyib.

İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13-cü Protokolu Azərbaycan tərəfindən imzalanıb

Prezident İlham Əliyevin 3 fevral tarixli Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb.