08 March 2023

Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.

J.Baderşnayder: Azərbaycan alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir

Azərbaycan yaşıl enerji habı kimi alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir.
Xudaferin.eu AZƏRTAC -a istinadə xəbər verir ki, bunu Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, "Exxon Mobile" şirkətinin keçmiş vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Jean Baderşnayder X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.

Boris Tadiç: Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil

Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edib, bəzi çətinliklərin öhdəsindən gəlib və çox böyük işlər görüb. Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb. Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil.

Xudaferin.eu

Türkiyənin Vitse-prezidenti Azərbaycanın Baş nazirinə məktub ünvanlayıb

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

Xudaferin.eu