06 March 2023

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşü olub

Martın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşü baş tutub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, görüşdə ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən 7-ci iclasdan sonra görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Prezident İlham Əliyev: Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib

Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib.

Azərbaycan dünyanın hərbi güc reytinqində 57-ci yerdədir

Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 57-ci yerdədir.

AZƏRTAC globalfirepower.com saytına istinadla xəbər verir ki, reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.