04 March 2023

Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi, xalq hərəkatına qoşuldu – Hacı Şahin haqqında maraqlı faktlar

Xudaferin.eu Kulis.az -a istinadən bu gün dünyasını dəyişən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.