01 February 2023

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

Milli Məclisin yaz sessiyasında ilk iclası öz işinə başlayıb

Fevralın 1-də Milli Məclisin 2023-cü ilin yaz sessiyasında ilk iclası öz işinə başlayıb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

İran AQEM-də Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Moldova KİV-ləri Prezident İlham Əliyevin Macarıstana səfərinə geniş yer ayırıb

Moldovanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri, orada keçirdiyi görüşlərə geniş yer ayırıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Noi”, “Point”, “Tv8” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Macarıstan arasında imzalanan sənədlər, birgə bəyanatda səslənən fikirlər işıqlandırılıb.

XİN Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın sorğusu üzrə keçirilən dinləmələrlə bağlı məlumat yayıb

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.