24 January 2023

“Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamaq tələb edilib

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan məktubda Almaniyada yaşayan Azərbaycan icmasının nəşrin xəbər portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların yayılmasından narahatlıq keçirdiyi vurğulanıb.

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Yanvarın 24-də Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası keçirilir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edir.
İclasda iqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmən Azərbaycana keçib və nazir Ceyhun Bayramov bununla bağlı çıxış edib.
Xudaferin.eu