22 January 2023

ALMANİYADA RİYAZİYYAT-FİZİKA MÜƏLLİMƏSİ ÇALIŞAN TÜKƏZBAN XANIM

Tükəzban Səmədowa/ Əsgərova 1961.27.02 Azərbaycanın Sumqayıt şəhərində çox sadə və ziyalı ailədə anadan olmuşam. Doğulduğum ailədə 6 uşaqdan 5-cisi olaraq xoşbəxt ailə, xoşbəxt uşaqlıq nə olduğunu yaşamış və öyrənmişəm. Buna görə Ana və Atamıza borcluyuq. Nur içində yatsınlar.
Sumqayıt şəhərində 12 Nr. li məktəbin məzunu olaraq, 1979 cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına APİ) Riyaziyyat-Fizika fakultəsinə daxil olub, 1984 cü ildə müvəffəqiyyətlə bitirmişəm.