19 January 2023

39-cu gün: Aksiyanın məramı dəyişməz olaraq qalır

Bu gün azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasının 39-cu günüdür.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, hər zaman olduğu kimi, yüksək əhval-ruhiyyədə davam edən aksiyada bu səhər də canlanma müşahidə olunur.

Ekofəallar səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında əməkdaşlığın inkişafı bütün sahələrdə səmərəli nəticələr verə bilər. Bunun üçün iş adamları arasında birgə fəaliyyət planı hazırlanıb, həyata keçirilməlidir.

Bu fikirlər Qazaxıstanın Aktau şəhərində Azərbaycanın və Türkiyənin baş konsulları ilə azərbaycanlı iş adamlarının görüşündə səslənib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Aktaudakı Baş Konsulluğundan məlumat verilib.