14 January 2023

Müqəddəs Taxt-Tacın dövlət katibi ölkəmizə səfər edəcək

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarovla görüşü zamanı bildirib.
Görüşdə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Roma Papası: Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur. Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən və bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələr mədəni irsin qorunması sahəsində böyük işlərdir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovla görüşündə səsləndirib.
Roma Papası qeyd edib ki, həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edir.

Britaniyalı tədqiqatçı: Qarabağdakı qanunsuz əməllər ətraf mühitə də mənfi təsirlərini göstərir

Bu, etiraz aksiyasının keçirilməsi normal haldır. Bu etirazlar münaqişələr olan yerlərdə bəzi siyasətçilərin və oliqarxların qarışıqlıqdan istifadə edərək korrupsiya və oğurluq vasitəsilə qeyri-qanuni vəsait mənimsəmələrinin qarşısını almağa kömək edəcək. Belə münaqişələr təkcə sizin ölkədə deyil, dünyanın digər yerlərində də mövcuddur.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində böyük britaniyalı tədqiqatçı Taras Kuzio söyləyib.

"CNN Türk"ün müxbiri: Laçın yolu ilə silahların və minaların daşınmasına dair sübutlar var

Biz buraya gələndə nə ilə qarşılaşacağımızı dəqiq bilmirdik. İkinci Qarabağ müharibəsi sona çatsa da, burada bəzi problemlər hələ də qalmaqdadır. Hazırda olduğumuz, Ermənistanla Qarabağı birləşdirən Laçın-Xankəndi yolunda azərbaycanlı gənclər, ekofəallar dünyaya ekoloji terrorun dayandırılması ilə bağlı mesajlar verirlər.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində "CNN Türk" telekanalının müxbiri Ahmed Türkeş söyləyib.