12 January 2023

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən nə tələb etdi?

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İcmanın yaydığı müraciətdə bildirilib.

Asim Mollazadə: Ermənistanda bəzi qüvvələr sülhün qarşısını almaq istəyirlər

Laçın-Xankəndi yolunda heç bir blokadadan söhbət gedə bilməz. Hamı çox gözəl görür ki, həm Xankəndi, həm də Ermənistan istiqamətində - Rusiya sülhməramlı qüvvələrinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri hərəkət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə söyləyib.

Vaşinqtonda “Xarı Bülbül Əfsanəsi” sənədli filmi təqdim olunub

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Xarı Bülbül Əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə sənədli filmin rejissoru isveçli Mikayıl Silkeberq və Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbok iştirak edib, Azərbaycanın, xüsusilə də Şuşanın zəngin mədəni irsi və işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə söhbət açıblar.

Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.
Ölkəmizin Kubadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Prezident Migel Dias-Kanel Bermudeslə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidentinə çatdırıb.
Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Migel Dias-Kanel Bermudesə öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.