01 January 2023

Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları Prezident İlham Əliyevin bayram təbrikini izləyiblər

Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini izləmələri üçün böyük monitor quraşdırılıb.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, Prezident İlham Əliyevin təbriki aksiya iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Havanın şaxtalı olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam edir.

Azərbaycan Prezidenti: Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır

Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmayan nadir ölkələrdəndir

Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.