07 December 2022

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ukrayna KİV-ləri “Qardaş yumruğu” birgə təliminə geniş yer ayırıb

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi “Qardaş yumruğu” təliminə geniş yer ayırıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri, “TCН”, “ZN” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təliminin əhəmiyyəti vurğulanıb.

ABŞ-da keçirilən beynəlxalq tədbirdə Azərbaycanın mina problemi müzakirə olunub

ABŞ-ın Napa vadisində “Sülhün Kökləri” humanitar təşkilatı tərəfindən “Sülh üçün çağırış festivalı” keçirilib. Tədbir təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün vəsait toplanması məsələlərinə həsr olunur.