06 December 2022

Zakir Həsənov və Hulusi Akar “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimin dekabrın 6-da “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

“Demokrat” riyakar qiyafəsində

Fransa Senatının qərəzli qətnaməsindən iki həftə sonra bu ölkənin Milli Assambleyasının qəbul etdiyi eyni məzmunlu, deyərdim ki, əvvəlki qətnamənin təkrarı olan kağız parçası ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt idi. Əslində, bu çirkin siyasi kampaniyada əsas niyyət Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq və dünya birliyində getdikcə artan nüfuzuna xələl gətirmək idi.