04 December 2022

Azərbaycanın xarici işlər naziri Rusiyaya işgüzar səfərə yola düşüb

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.

Fransa Qafqazda sülhyaratma prosesinin qarşısını almağa çalışır

Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsi xalqımız tərəfindən haqlı narazılıqla qarşılanıb, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin etirazına səbəb olub.

Xudaferin.eu AZƏRTAC-a istinadən bununla bağlı professor, fizika-riyaziyyat elmləri doktoru, Müstəqil Ekspert Qrupunun rəhbəri Qüdrət İsaqovun agentliyə daxil olmuş məqaləsini təqdim edir: