24 November 2022

Serbiyanın aparıcı KİV-ləri Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

Serbiyanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı mətbu orqanlarında yayılan materiallarda Prezident İlham Əliyevin Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən rəsmi mərasimlə qarşılandığı, iki ölkə rəhbərinin təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi qeyd olunub.

Müdafiə Nazirliyi: Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”,-deyə məlumatda qeyd olunub.

Xudaferin.eu