20 November 2022

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Kambocaya səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Azərbaycanlı diplomat Britaniyada ilin konsulu seçilib

Azərbaycanın Britaniyadakı konsulu Londonda ilin konsulu seçilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Tural İsmayılov “Embassy Magazine” tərəfindən keçirilən mükafatlandırma mərasimində Asiya üzrə ilin konsulu seçilib.

Azərbaycan səfirliyinin əməkdaşı Böyük Britaniyadakı çoxsayılı Azərbaycan və Britaniya vətəndaşlarına keyfiyyətli konsulluq xidməti göstərdiyinə görə bu mükafata layiq görülüb.

“İstər kişi olsun, istərsə qadın, Onunçun şərəfdir ləkəsiz bir ad.”

Filalogiya elmləri namizədi, professor,dosent Müzahirə xanım Paşayevanın axırıncı və axarıncı kitabı olan”Praktikal course of English” kitabında tərcümə olunmuş bu bir beyt şeir diqqətimi cəlb etdi. Şərəfli ömür yolu keçərək ömrünün son bahar illərinə qədəm qoyan Müzahirə xanım həm ziyalı xanım, həm də bir ana kimi yüksək dəyərlərə malik xüsusiyyətləri vardır.