17 November 2022

Prezident İlham Əliyev: Ermənistandan fərqli olaraq Azərbaycanın sülhlə bağlı mövqeyi çox aydındır

Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq.

Prezident İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Şərq Tərəfdaşlığı proqramının əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi.

Ermənistanın beynəlxalq müharibə cinayətləri və Fransanın davamlı ermənipərəst siyasəti

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Türk dövlətlərini aydın gələcəyə aparan yol – Zəngəzur

Dünya siyasi arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır. Azərbaycan 2020-ci ildə regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir.

Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.