16 November 2022

Deputat: Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır

Fransa Senatı növbəti dəfə Azərbaycana qarşı qərəzli Qətnamə qəbul edib. Oxşar vəziyyət iki il əvvəl, Vətən müharibəsindən demək olar ki, dərhal sonra da müşahidə olunurdu. Amma bildiyimiz kimi, o zaman qəbul olunmuş qətnamə Senatın divarlarından kənarda heç bir qüvvəyə malik ola bilmədi. Şübhə etmirəm ki, dünən qəbul edilmiş qətnamənin də aqibəti eyni olacaq.

Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə edilir

Noyabrın 16-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. İclasda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.