10 November 2022

Qədim tarixə, yaxın adət-ənənələrə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf edir

Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son yeddi ay ərzində Özbəkistana iki dəfə səfər edib - iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirilib.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu məzuniyyətdə olarkən ürək çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyirik.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Ermənistanın məğlubiyyətini rəsmən təsdiqləməsindən iki il ötür

2020-ci il 10 noyabr tarixi həm Azərbaycan, həm də Ermənistan xalqlarının, eləcə də dünya ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bununla da Ermənistanın 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu gün ölkəmiz üçün tarixi bir gündür.

Azərbaycan Ordusunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbir və konsert proqramları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.