09 November 2022

Səttar Möhbalıyev: Dövlət Bayrağımız Şərqi Zəngəzurun və Qarabağın aydın səmasında əzəmətlə dalğalanır

Bəşəriyyətin ən qədim xalqlarından biri olan Azərbaycan xalqı müdrikliyi, müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil yaşam tərzi, həmçinin zəngin mədəniyyəti, ədəbiyyatı ilə dünya tarixində özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi də məhz ondadır ki, tarixdə hər zaman müsbət izlər qoyub.

Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlərə geniş yer veriblər

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlərə geniş yer veriblər.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Xudaferin.eu məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.