08 November 2022

Prezident İlham Əliyev: Hərbçilərimiz döyüşlərə “öldü var, döndü yoxdur” şüarı ilə gedirdilər

Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında bildirib.

Pakistanın “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümündə Azərbaycan bayrağı ilə işıqlandırılıb

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir.
Qeyd edək ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.

Fahrettin Altun: Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının qardaşlığının nişanələri arasında yer alır

Haqlı mübarizəsində Azərbaycanı heç zaman tək buraxmayan Türkiyə, İkinci Qarabağ savaşında da “Çətin gündə biz Sizin yanınızdayıq!”, - deyərək qardaşlarının yanında yer aldı.
Aramızdakı qardaşlığın tarix boyunca sarsılmayacağını bu mücadilədə ortaya qoyduğumuz güclü həmrəyliklə bir daha bütün dünyaya nümayiş etdirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində “Bir millət, iki dövlət!” olaraq çiyin-çiyinə yanaşı durduq.

Zəfər dolu 44 gün

İki il öncə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad olundu. Noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası tamamlandı.
Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Zəfər dolu 44 gün” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qazaxıstan səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

“Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir”.

Xudaferin.eu APA-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyinin paylaşımında deyilir.

Şuşanın azad edilməsindən iki il keçir

Bu gün Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Xudaferin.eu Oxu.az-a istinadən xatırladır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edib.

Prezident müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib.

Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ordu birliklərinin koordinasiyalı işi sayəsində peşəkar şəkildə həyata keçirilib.