07 November 2022

Zəfər Günü Gürcüstanın Marneuli rayonunda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın 8 Noyabr – Zəfər Günü bayramı Gürcüstanın Marneuli rayonunda təntənəli şəkildə qeyd olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Marneulidə yerləşən “Azərbaycan Evi”ndə Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Marneuli Bələdiyyə Məclisinin üzvləri, Gürcüstan Parlamentinin sabiq deputatları, din xadimləri, QHT rəhbərləri, ictimai-siyasi xadimlər və gənclər iştirak ediblər.

Ankarada 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi və bu diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankara şəhərində rəsmi qəbul təşkil edib.
Xudaferin.eu AZƏRTAC -a istinadən pxəbər verir ki, Quru Qoşunları Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin vəzifəli şəxsləri, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Litvada Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib

Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, Litvadakı Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Litva arasında “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən Vilnüsdə keçirilən ixtisasartırma təlimlərinə cəlb olunmuş azərbaycanlı zabitlər iştirak ediblər.

Təbrizdə Zəfər Günü və “Şuşa İli” münasibətilə tədbir təşkil olunub

Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və “Şuşa İli” münasibətilə tədbir keçirilib. “Şəhriyar” mehmanxanasında keçirilən tədbirdə “Biz” sənədli filmi nümayiş etdirilib və “Mədəniyyət paytaxtımız Şuşa -270” adlı fotosərgi təşkil olunub.

Avstriyada yaşayan soydaşlarımız Zəfər yürüşünə qoşulublar

Avstriyada yaşayan bir qrup soydaşımız 8 Noyabr-Zəfər Günü münasibətilə bir neçə ölkədə təşkil edilən "Victory Hiking" (Zəfər yürüşü) təşəbbüsünə qoşulublar.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Vyanada yaşayan bir qrup azərbaycanlı bu münasibətlə şəhərin mərkəzindən yaxınlıqdakı Kahlenberq dağına yürüş təşkil ediblər. Onlar Vyana şəhərinin ən yüksək nöqtəsi olan Kahlenberq dağında dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik ediblər.